IQNA

Qafqaz Xalqları Dini liderləri Özbəkistanda səfərdədir

0:50 - May 19, 2011
Xəbər sayı: 2124832
Siyasi və İctimai şöbə: Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti bu gün Özbəkistan Respublikasına səfərə yola düşüb.
İQNA Quran agentliyinin Interfax xəbər satyına istinadən məlumaıtna əsasə n, QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinə Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri – Qafqaz müftiləri daxildir.
21 maya kimi davam edəcək səfərdə məqsəd Özbəkistanda mədrəsə və ali dini təhsil almış Qafqaz din xadimlərinin vaxtilə oxuduqları təhsil ocaqlarına baş çəkmək, habelə Özbəkistan dövlətinə və xalqına səmimi minnətdarlıq yetirməkdir.
Səfər zamanı şeyxülislam Allahşükür Paşazadə və Qafqaz müftiləri Buxaradakı Mir-Ərəb mədrəsəsində, Daşkənd İslam Universitetində olacaq, tələbələrlə görüş keçirəcəklər. Qafqazın din xadimləri ateizm illərində dini maarif çırağını sönməyə qoymamış Özbəkistanın ali dini təhsil müəssisələrində onlara İslamın müqəddəs dəyərlərini aşılamış, amma hazırda vəfat etmiş müəllimlərinin ruhunu da yad edəcəklər.

Xatirə səfəri xarakteri daşıyan ziyarət zamanı Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri Daşkənd, Buxara və Səmərqəndi ziyarət edəcək, özbək torpağının tarixi, dini məkanlarına baş çəkəcəklər. QMİ sədrinin başçılıq etdiyi nümayəndə heyətini Özbəkistanda dövlət rəsmilərinin qəbul edəcəyi gözlənilir. 794183
captcha