İran Quran Xəbər Agentliyi (İQNA): “Əl-əhram” xəbər bürosunun məlumatına əsasən, Misir ilahiyyatçısı və alimi mərhum Nəsr Hamid Əbu Zeydin həyat yoldaşı Ebtehal Yunis tir ayının 17-də “Əbu Zeydin intizarında” adlı filmin nümayiş mərasimindən sonra Qahirədə “Əbuzeyd” adına yeni Quran-İslam müəssisəsinin açıldı.
Bir çox incəsənət nümayəndələrinin, o cümlədən Məhəmməd Əli Əl-tasinin iştirakı ilə Misirdə keçirilən bu mərasimdə Ebtehal Yunis dedi: Bu müəssisə fəaliyyət üçün icazə gözləyir, əgər bu müəssisə açılsa da, 2 həftə sonra mərhum Əb Zeydin təvəllüd günündə işə başlayacaq.
Nəsr Hamid Əbu Zeyd miladi 1943-cü ildə Misirin qərbində Təntada anadan olmuşdur. 20 yaşında ikən Qəhafe kəndinin İmam camaatı olmuşdur. O, sonralar müsəlmanların əxəvan cəmiyyətinə birləşdi. Əbu Zeyd məktəbi fərqlənmə ilə başa vurmuşdur. Ali təhsilini isə ərəb dili və ədəbiyatı sahəsində almışdır. Miladi 1972-ci ildə Qahirənin ədəbiyyat fakültəsində təhsil almağa başlamışdır. 1977-ci ildə isə magistratura səviyyəsinin diplomunu almışdır. Miladi 1981-ci ildə doktor adına layiq görülmüşdür.
O, nəhayət Hollandiya universitetinin dəvəti ilə ora getdi və rəsmi şəkildə “İNİE” müəssisəsinin doktoru və tədqiqatçısı kimi fəaliyyətə başlamışdır. Nəsr Hamid Əbu Zeyd keçən il tir ayının 15-də 66 yaşında Qahirədə dünyadan köçdü və orada da torpağa tapşırıldı. 822106