IQNA

Taylandda “Əl-Məhdi” tədqiqat müəssisənin proqramları elan olundu

18:48 - October 31, 2011
Xəbər sayı: 2215283
Siyasi və ictimai şöbə: Əksəriyyəti müsəlman olan Taylandın cənub məntəqəsinin Naxan Səri Tamarat şəhərinin “Əl-Məhdi” tədqiqat müəssisəsinin yeni təhsil ili üçün proqramları elan olundu.
İran Quran Xəbər Agentliyi (İQNA): Şərqi və cənub-şərqi Asiya məntəqəsinin məlumatına əsasən, bu müəssisədə Camiətül-Mustafa (s) –ın bir hissəsi hesab edilən bakalavr ixtisas dərəcəsinin müxtəlif islam şöbələri açılıb.
Bu müəssisədə İslam maarif sahəsində bir sıra tələbələr yetişdirilmişdir ki, onlardan bəziləri təhsillərini Camiətül- Mustafada (s) davam etdirir.
“Əl-Məhdi” tədqiqat müəssisəsi islam dərs proqramlarının icrasından əlavə, mədəni, tədqiqi, islam təbliği və s. sahələrdə də fəaliyyət göstərir.
Qeyd olunmalıdır ki, bu müəssisə ilə maraqlananlar daha çox məlumat əldə etmək üçün bu sayta müraciət edə bilərlər- http://mahdiyah.com/889830
captcha