IQNA

İsveçdə ən böyük məscid tikiləcək

19:34 - January 17, 2012
Xəbər sayı: 2258839
Beynəlxalq şöbə: İsveç müsəlmanlarının mərkəzi şurası bu ölkənin Bren şəhərində ən böyük məscidin tikilməsi üçün qərara gəldiyini bildirdi.
İran Quran Xəbər Agentliyi (İQNA): «tdg» xəbər bürosunun məlumatına əsasən, İsveç şəbəkələri elan etdilər ki, bu ölkə müsəlmanlarının mərkəzi şurası Fars körfəzi hövzəsində islam ölkələrinin dini nümayəndələri ilə müzakirələr keçirilməkdədir.
İsveç müsəlmanları mərkəzinin şura rəhbəri Nikolas Belanşu bu barədə dedi: Bu böyük məscidin tikilişi üçün 20 milyondan çox İsveç frankına ehtiyac vardır. Hələ bu haqda Fars körfəzi hövzəsində yerləşən hansısa xüsusi bir ölkə ilə müzakirələr aparmamışıq.
O, əlavə etdi: Müsəlmanların bu xeyir işinin tədqiqinin zamana ehtiyacı vardır. Bizə hal-hazırda sərmayədarlardan əlavə, İsveç və digər dünya müsəlmanları arasında mədəni əlaqələr yarada bilən şəxslər lazımdır. 935654
captcha