İQNA-nın (İran Quran Xəbər Agentliyi) Mərkəzi Asiya üzrə şöbəsinin verdiyi xəbərə görə Ətaullah Qasımov – Tacikistanın İslam Mərkəzinin sözçüsü (bu ölkənin əsas dini qrumu) və bu proqramların icraçı katibi, iyun ayının 19-da bu barədə deyib: Bu yarışlar Qurani-Kərimin Təcvid, Tərtil və Təhqiqlə oxunuşu üzrə keçiriləcəkdir. Həmçinin yarışlar iyul ayının beşi və altısına təsadüf edəcəkdir.
Hal-hazırda Rusiya, Çeçenistan, Dağıstan və Tatarıstan bu yarışlara hazır olduqlarını elan ediblər. Proqramlara əsasən hər ölkə bu yarışlara 3 nəfər göndərməlidir.
Qeyd edək ki, bu yarışlar ilk dəfədir ki, Tacikistanda keçiriləcəkdir.
1034099