IQNA

2013-cü ildə İslami bank sisteminin 15 % inkişafı gözlənilir

16:38 - July 17, 2012
Xəbər sayı: 2371113
İqtisad qrupu: Dünyada İslami bank sisteminin maraqla qarşılandığını nəzərə alaraq ethimal etmək olar ki, bu növ bank sistemi Ərəb ölkələrində 2013-cü ildə 15 % inkişaf etsin.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Qum Elmi Hövzəsinin İqtisadi birliyinin saytına istinadən verdiyi xəbərə görə Dünyada İslami bank sisteminin maraqla qarşılandığını nəzərə alaraq ethimal etmək olar ki, bu növ bank sistemi Ərəb ölkələrində 2013-cü ildə 15 % inkişaf etsin. Hal-hazırda İslami bank sistemi əvvəlki illərə nisbətdə 25% inkişaf etmişdir.
Dünyada, xüsusilə də ABŞ və Avropa ölkələrində baş vermiş iqtisadi böhran insanların İslami bank sisteminə marağını artırmışdır. Bu sırada yeni inqilab baş vermiş ərəb ölkələrində - Liviya, Tunis, Misir – artıq İslami bankdarlığa keçid başlamışdır.
Sam Futuh – Ərəb Banklar Birliyinin sədri və Fuad Əlmühəysin – İslami Sənət və Peşə mütəxəssisi, tərəfindən aparılan tədqiqatlara əsasən gələn illər ərzində İslami bank sistemi inkişaf edərək 2013 –cü ilin axırnadək bankların 40%-ni təşkil edəcəkdir.
1052643
captcha