IQNA

İslami ölkələrdə Qurani-Kərimin bril xətti ilə yazılmış nüsxəsi pulsuz paylanacaq

19:56 - September 04, 2012
Xəbər sayı: 2405189
Beynəlxalq qrup: Qurani-Kərimin bril xətti ilə yazılmış nüsxələri Ərəbistanın göz problemi olanlara xidmət göstərən "Əbsar" xeyriyyə cəmiyyətinin proqramı əsasında müxtəlif İslam ölkələrində pulsuz paylanacaq.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Ərəbistan çapı olan "Ər-Riyaz" qəzetinə istinadən verdiyi xəbərə görə Əhməd Məhəmməd Əli - "Əbsar" xeyriyyə cəmiyyətinin idarə şurasının rəisi, sentyabr ayının 2-də Cəddə şəhərində keçirilən iclasda deyib: Bu proqram İslam dünyasında korlara xidmət göstərən idarələrin məsullarının yoldaşlığı ilə müxtəlif İslami ölkələrdə həyata keçiriləcəkdir.
Əhməd Məhəmməd Əli - "Əbsar" xeyriyyə cəmiyyətinin idarə şurasının rəisi, dedi: İslam dünyasının aktiv Quran mərkəzlərinin həmkarlığı ilə Qurani-Kərimin təfsiri və Peyğəmbərin sirəsini ehtiva edən kitabların da bril əlifbası ilə çapı "Məlik Fəhəd" nəşriyyatında proqramlaşdırılmışdır.
1090377
captcha