İQNA-nın (İran Quran Xəbər Agentliyi) Asiya regionu şöbəsinin verdiyi xəbərə görə bu qızıl ilə yazılmış Quran nüsxəsi Sacid Həmid adlı bir vətəndaşın evindən aşkar edilmişdir.
Sacid Həmid dedi: Bu Qurani-məcid ki, 756 səhifəsi vardır ona ulu babalarından irs qalıb. Hal-hazırda bizim ailəmiz onu böyük fəxr ilə qoruyurlar.
Qeyd edək ki, bu qızıl ilə yazılmış Quran nüsxəsi sentyabr ayının 6-da Hindistan dövləti tərəfindən qiymətli və etibarlı sənəd kimi təsdiqlənib.
1093188