IQNA

Kərbəla İmam Hüseyn (ə) matəminə hazırdır

23:36 - November 13, 2012
Xəbər sayı: 2447948
Beynəlxalq qrup: Kərbəla Şəhər İcra Hakimi şəhərin qabaqcadan əzadarlığ genləri xüsusilə də Tasua və Aşurada İmam Hüseyn (ə) zəvvarlarına xidmət göstərməyə hazır olduğunu qeyd edib. Ehtimal olunur ki, bu il Kərbəla ziyarətində daxil və xaricdən milyonlarla zair iştirak etsin.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Sovtul-İraq saytına istinadən verdiyi xəbərə görə Kərbəla İcra Hakimi Amaluddin Əlhor deyib: "İmam Hüseyn (ə) zəvvarlarının ilk on günlükdə təhlükəsizliyi üçün xidmət, təhlükəsizlik və sağlamlıq tədbirləri görülüb".
Onun sözlərinə görə şəhərin müxtəlif yerlərində xidmətçilər, təhlükəszilik və sağlamlıq qüvvləri zəvvarlara xidmət göstərəcək.
O, deyib: "Dövlət idarələri İmam Hüseynin (ə) matəmi münasibətilə matəm günlərində içməli suyun təmin edilməsi, dəstələrin nizam-intizamla hərəkəti və nəqliyyat məsələlərinin həll edilməsi məqsədilə yığıncaqlar təşkil edirlər.
İmam Hüseynin (ə) matəm günlərində Kərbəlada daxil və xaricdən milyonlarla zəvvarın iştirak edəcəyi gözlənilir.
Nəim Əl-Kazimi – İcra Hakiminin müavini, bildirib ki, Bağdad və Kazimeyn şəhərlərində də bu cür tədbirlər görülüb.

1136775
captcha