IQNA

Bu il "Ərbəin" mərasimində 16 milyon Hüseyn (ə) zəvvarının iştirak edəcəyi gözlənilir

23:54 - December 25, 2012
Xəbər sayı: 2470274
Beynəlxalq qrup: Kərbəla əyalət şurasının rəis müavini: Bu il "Ərbəin" (İmam Hüseynin (ə) şəhadətinin qırxıncı günü) mərasimində 16 milyon Hüseyn (ə) zəvvarının iştirak edəcəyi gözlənilir.
İQNA-nın "BURASA" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Nəsif Casim Əl-Xəttabi - Kərbəla əyalət şurasının rəis müavini, deyib: Bu il "Ərbəin" (İmam Hüseynin (ə) şəhadətinin qırxıncı günü) mərasimində 16 milyondan çox Hüseyn (ə) zəvvarının iştirak edəcəyi gözlənilir. Bu sayda "Ərbəin" zairinin son on illiklərdə ilk dəfədir ki, şahidi oluruq.
Casim Əl-Xəttabi - Kərbəla əyalət şurasının rəis müavini, əlavə edib: Kərbəla şəhəri zairləri qarşılamağa tam hazırdır. Xəbərə görə Kərbəla təhlükəsizlik qüvvələri yollarda və şəhərdə zairlərin əmniyyətini təmin edəcəklər.
Ziya Əl-Vəkil – İraqın Silahlı Qüvvələr Qərərgahının sözçüsü, deyib: Nuri Malikinin – İraqın Baş Naziri və Ali Baş Komandanı, zairlərin təhlükəsizliyinin qorunması barədə əmrlərinin icrası yönəmində xüsusi iclas keçirilmiş və zəvvarlarının əmniyyətinin qorunması yolları araşdırılmışdır.
Ərbəin ziyarətçilərinin 650 min nəfərinin Ərəb və Afriqa ölkələrindən olacağı ehtimal olunur.
Bu zəvvarlar keçən illərə nisbətən daha tez Kərbəlaya tərəf yola düşmüş və əzadarlıq karvanları üç həftə öncədən öz çadırlarını bu şəhərdə qurmuşlar.
1160212
captcha