IQNA

Suriyada oğurlanmış 48 nəfər iranlı zəvvar azad edilib

10:43 - January 10, 2013
Xəbər sayı: 2478404
Beynəlxalq qrup: "Əl-Aləm" TV kanalı bu gün Suriyada oğurlanmış iranlı zəvvarların azad edilməsi barədə məlumat verib.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "Əl-Aləmə" istinadən verdiyi xəbərə görə bu gün Suriyada oğurlanmış 48 iranlı zəvvar azad edilib.
Avqust ayının əvvələrində Suriyanın "əl-Bəra" üsyançı qrupu Həzrət Zeynəbin (s) hərəminin ziyarəti yolunda 48 nəfər iranlı zəvvarı oğurlamışdı. Üsyançılar zəvvarları oğurlayandan sonra onları ölümlə hədələyib və onların SEPAH üzvü olduğunu iddia etmişdilər.
Amma İran və Suriya rəsmilərinin məhkəmə icraatlarından sonra zəvvarlar sağlam qalıblar.
Bülənd Yıldırım – Türkiyənin Humanitar yardın heyətinin rəisi, bundan öncə Qətərin vasitəsi ilə 48 iranlı zəvvarın azad olacağını demişdi. Onun dediyinə görə başqa oğurlanmış şəxslərin də azadlığı o cümlədən Bəşar Əlqəduminin – Fələstinli jurnalist, azadlığı üçün danışıqlar aparılır.

1169282
captcha