IQNA

Qahirə, İslam Ölkələri Başçılarının XII iclasına evsahibliyi edəcək

19:36 - January 19, 2013
Xəbər sayı: 2482753
Beynəlxalq qrup: İslam Ölkələri Başçılarının XII iclası 2013-cü ilin fevral ayının 2-dən 7-dək Misirin paytaxtı Qahirədə keçiriləcəkdir.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "OİVEgypt" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə "İslam dünyası, yeni problemlər və fürsətlərin inkişafı və genişləndirilməsi" İslam Ölkələri Başçılarının XII iclasının ünvanıdır ki, İslam Ölkələri Başçılarının iştirakı ilə Misirin paytaxtı Qahirədə keçiriləcəkdir.
Bu iclas üç hissədən ibarət - "İslam Ölkələri rəsmilərinin görüşləri", "İslam Ölkələri XİN-lərin toplantısı" və "İslam Ölkələri Başçılarının iclası" – toplantı əsasında keçiriləcəkdir.
İslam Ölkələri rəsmilərinin görüşləri fevral ayının 2 və 3, İslam Ölkələri XİN-lərin toplantısı fevral ayının 4 və 5, İslam Ölkələri Başçılarının iclası fevral ayının 6 və 7-də baş tutacaqdır.
Toplantıda müxtəlif siyasi, ictimai və iqtisadi məsələlər, o cümlədən Fələstin, İslamofobiya, qeyri-İslami ölkələrlə əlaqələrin genişləndirilməsi, İslam dünyasının mövcud problemləri, qeyri-İslami ölkələrdə müsəlman azlıqların durumu və bu kimi məsələlər müzakirə ediləckdir.
Misir respublikası ilk dəfə olaraq bu toplantıya evsahibliyi edir və İslami ölkələrin müxtəlif sahələrdə ittihadını əsas hədəf seçmişdir.
Qeyd edək ki, İslam Ölkələri Başçılarının iclası hər üç ildə bir dəfə İslam Konfransı Təşkilatına üzv ölkələr tərəfindən keçirilir ki, ilk iclas 1969-cu ildə Mərakeşin paytaxrı Ribatda və son iclas 2008-ci ildə Senegalın paytaxı Dakarda keçirilmişdir.
1173271
captcha