İQNA-nın (İran Quran Xəbər Agentliyi) "PressTV"yə istinadən verdiyi xəbərə görə aksiyaçılar ABŞ-dakı mövcud iqtisadi problemlərə və börana işarə edərək ABŞ-ın İsraili himayə etməsini pislədilər.
Bu aksiya "Yəhudinin sülhə çağırışı" təşkilatının Ərəb-Amerika komitəsi tərəfindən keçirilməsinə baxmayaraq bir çox qrumlar aksiyaya qoşuldular.
Kəti Liza Eşmayder (Cathy Lisa Schneider) - "Yəhudinin sülhə çağırışı" təşkilatının aktiv üzvü, cammatın dövlət büdcəsinə verdiyi pulun çox bir hissəsi İsraildə xərclənir. Xalq bilməlidir ki, beynəlxalq qanunları ayaq altında atan bir rejim bu pulları hansi məqsədlər üçün xərcləyir.
Ibrahim Oweiss – Universitet ustadı, deyir: biz israilə kömək edirik ki, camaatın evin başına yıxsın, sülhün yaranmasının qarşısını alsın?!
Nathan Harrington – orta məktəbdə yuxarı sinif müəllimi, deyir: Bizim verdiyimiz dövlət vergiləri İsraili himayə edənlərin cibinə axır!
Statiskaya görə ABŞ 1940-cı illərdən üzü bəri İsraili himayə üçün 123 milyard dollar xərcləyibdir. Amma bu rəqəm İsrailə qeyri-müstəqim və gizli kömək göstərən şirkətlərə aid deyildir. Bunu hesaba alsaq çox böyük bir rəqəm alınacaqdır.
1175112