IQNA

Beynəlxalq İslam Vəhdəti Konfransının 26-cı iclası yanvar ayının 27-də öz işinə başlayacaq

0:00 - January 27, 2013
Xəbər sayı: 2486560
Siyasi qrup: Beynəlxalq İslam Vəhdəti Konfransının 26-cı iclası sabah 2013-cü ilin yanvar ayının 27-də 102 ölkədən dəvət olunmuş qonaqların iştirakı ilə Tehranda İran İslam Respublikası Prezidenti Dr. Mahmud Əhmədinejadın çıxışı ilə öz işinə başlayacaq.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Əziz İllam Peyğəmbərinin miladı ərəfəsində Beynəlxalq İslam Vəhdəti Konfransının 26-cı iclası "Böyük Peyğəmbər - Vahid İlsam Ümmətinin Şəxsiyyət Simvolu" adı altında sabah 2013-cü ilin yanvar ayının 27-də 102 ölkədən dəvət olunmuş qonaqların iştirakı ilə Tehranda İran İslam Respublikası Prezidenti Dr. Mahmud Əhmədinejadın çıxışı ilə öz işinə başlayacaq.
Konfransın açılış mərasimi sabah (27.01.2013) İran İslam Respublikası Prezidenti Dr. Mahmud Əhmədinejadın çıxışı ilə yerli vaxtla saat 8:30-da başlayacaqdır.
Qeyd edək ki, konfransda daxili və xarici qonaqlar çıxış edəcək və sonda İran İslam İnqilabının Rəhbəri Ali Dini Lider Ayətullah Üzma Seyid Əli Xamənei ilə də görüşəcəklər.

1178024
captcha