IQNA

İslam İnqilabının Mübarək Fəcr Ongünlüyü Ali Dini Liderin sözlərində

22:58 - February 02, 2013
Xəbər sayı: 2490021
Siyasi qrup: İslam İnqilabının Böyük Rəhbəri Ali Dini Lider Həzrət Ayətullah Üzma Seyid Əli Xamənei İslam İnqilabının Mübarək Fəcr Ongünlüyü İslam günəşinin yenidən doğduğu və İran millətinin azad olduğu gün kimi qiymətləndirdi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "İran İttilaat Nazirliyi"nin rəsmi saytına istinadən verdiyi xəbərə görə İslam İnqilabının Böyük Rəhbəri Ali Dini Lider Həzrət Ayətullah Üzma Seyid Əli Xamənei hələ hicri-şəmsi tarixi ilə 1369-cu ilin dey ayında (22 il bundan öncə, 1991-ci ilin qışında) "İslam İnqilabının Mübarək Fəcr Ongünlüyü Keçirlməsi Komitəsi"nin məsulları ilə görüşündə bu mübarək ongünlüyü vəsf edərkən deyib: "Fəcr ongünlüyü, İslam günəşinin ilk şəfəqləri, İslami dəyərlərinin dirçəlməsi, İran millətinin azadlıq tarixi və bizim tariximizin keçmişini gəlcəyindən ayıran bir dönüşdür. Fəcr ongünlüyündə İslam ikinci dəfə doğuldu. Bu ongünlük İran tarixində həlledici və misilsiz sayılır".
İran İslam İnqilabından öncə İranda İslami sistem olmamış və padşahların xalqla rabitəsi "sultan və rəiyyət" rabitəsi olmuşdur. Padşahlar özlərini məzlum xalqa qələbə çalmış bir "fateh" kimi sayırdılar.
İmam Xumeyni (r.ə) bu eybəcər şahlıq zəncirini ortadan qırıb atdı. İran tarixində dönüş nəqtəsi yaratdı. İslam qılıncını İslam və xalqın düşmənlərinə və istemarçı qüvvələrə qarşə yönəltdi.
Fəcr ongünlüyü İslamdan doğub və İslamı doğub və İslam günəşini özündə əks etdirib. Buna görə də bu ongünlük ən təmtəraqlı şəkildə keçirilməlidir.
Bu bayram təmiz və pak hislərlə təravətlənməlidir. Bizim məzhəbimizdə daxili hislər, ağlamaq, şadlıq, sevmək, nifrət etmək kimi məfhumların ali dərəcələri vardır.
Bu bayram başqa məzhəbi bayramlar kimi sevilməli və bütün xalqın iştirakı ilə məscidlərdə keçirilməli və İslam ümməti İmam Xumeynini və İslam İnqilabını yada salmalıdırlar.
1181356
captcha