IQNA

Sionistlərin pis niyyətləri və hiylələri üzə çıxdı

23:33 - February 02, 2013
Xəbər sayı: 2490035
Beynəlxalq qrup: Suriyanın Baş Müftisi sionistlərin Suriyaya hücumunu israilin regiondakı hiylələrinin və onların mənfur iç üzünün aşkara çıxması kimi qiymətləndirdi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "Əl-Aləm" TV-nin rəsmi xəbər saytına istinadən verdiyi xəbərə görə Əhməd Bədrüddin Həsun - Suriyanın Baş Müftisi, yanvar yaının 31-də Səid Cəlili – İran İslam Respublikasının Əmniyyət Şurasının (Milli Təhlükəsizlik) Baş Katibi, ilə görüşündə dedi: sionistlərin Suriya torpağına hücumu bais oldu ki, onların iç üzü və pis niyyətləri aşkar olsun və Suriya hadisələrindəki hiylələri üzə çıxsın".
O, İran İslam Respublikasının İslam Düynasında həlledici, yaradıcı roluna və öncül olmasına işarə edərək dedi: Bütün müsəlmanlar düşmənlərin parçalayıcı və firqələrə ayrıcı hiylələrinə qarşı tam ayıq-sayıq olmaldırlar.
Dr. Cəlili - İran İslam Respublikasının Əmniyyət Şurasının (Milli Təhlükəsizlik) Baş Katibi, Suriyanı İsrail və sionizm ilə mübarizədə İslam cəbhəsinin ön döyüş xətti olduğunu vurğulayaraq dedi: İslam ümməti Suriyaya təcavüz olunmasına icazə vermir və sionist rejimi 33, 22 və 8 günlük döyüşlərdə olduğu kimi bu dəfə də elədiyindən peşiman olacaqdır.
Cəlili xalqı düşmən hiylələrindən agah etməyi ruhaniyyətin əsas vəzifəsi hesab etdi. Düşmən İslam Müqavimətinə təziqlər edərək dünyanı fəth etməkdə olan İslam Mədəniyyəti ilə döyüşür. İran İslam respublikası Müqavimət Hərəkatından və Suriyadan himayə etməyi özünə əsas prinsib sayır.

1181001
captcha