IQNA

"Əl-Əzhər" Ali Dini Universitetinin Şeyxi İran İslam Respublikasının prezidenti ilə görüşəcək

22:48 - February 04, 2013
Xəbər sayı: 2491450
Beynəlxalq qrup: Misirin Ali Dini Mərkəzi bu gün səhər (4 fevral 2013) elan edti ki, Əhməd Təyyib - Qahirənin "Əl-Əzhər" Ali Dini Universitetinin Şeyxi, sabah (5 fevral 2013) "Əl-Əzhərin" Baş Qərargahında İran İslam Respublikasının prezidenti Dr. Mahmud Əhmədinejad ilə görüş keçirəcəkdir.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Misirin "Əl-İhram" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Əhməd Təyyib - Qahirənin "Əl-Əzhər" Ali Dini Universitetinin Şeyxi, sabah (5 fevral 2013) "Əl-Əzhərin" Baş Qərargahında İran İslam Respublikasının prezidenti Dr. Mahmud Əhmədinejad ilə görüş keçirəcəkdir.
Bu görüşdə İran İslam Respublikasının prezidenti müşayət edən heyət, "Əl-Əzhər" Ali Dini Universitetinin İslami Tədqiqat Təşkilatının üzvləri və "Əl-Əzhər" Ali Dini Universitetinin elmi heyəti iştirak edəcəklər.
Sabah keçiriləcək görüşdə indiki Beynəlxalq, Ərəb ölkələrində baş verən hadisələr və İslami məsələlər və "Əl-Əzhər" Ali Dini Universitetinin ölkədə, regionda və dünyadakı ifa etdiyi və edə biləcəyi rol müzakirə ediləcəkdir.
Əhmədinejadın İslami ölkələrin fevral ayının 6 və 7-də Qahirədə keçiriləcək "İslam dünyası və yeni problemlər və fürsətlər" konfransına qatılacağı da proqramlaşdırılıb.
Bu konfransda Misirin prezidenti iclasın rəisliyini Senegalın prezidentindən təhvil aldıqdan sonra çıxış edəcəkdir.
Konfransda Fələstin problemli, İsrailin Fələstin torpaqlarında şəhərsalma siyasəti, Suriya böhranı, Sumalinin vəziyyəti, İslamofobiya ilə mübarizə, qeyri-müsəlman ölkələrlə siyasi əlaqələr və İslami Yoldaşlıq Təşkilatına üzv ölkələrin siyasi məsələləri müzakirə ediləcəkdir.

1183126
captcha