IQNA

Bəhreynli qadınlar mart ayının 7-də aksiya keçirəcəklər / 17 mart – "Bəhreynli Mübariz Qadın" günü

23:41 - February 04, 2013
Xəbər sayı: 2491460
Beynəlxalq qrup: Bəreynin "Vifaq" Milli İslam Cəmiyyətinin qadınlar şöbəsinin rəisi Bəhreynli qadınların mart ayının 7-də geniş miqyaslı aksiya keçirəcəklərini və hər il mart ayının 17-i "Bəhreynli Mübariz Qadın" günü kimi qeyd olunacağını xəbər verdi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "Soutul Məname" xəbər agentliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə Əhlam Əl-Xəzai - Bəreynin "Vifaq" Milli İslam Cəmiyyətinin qadınlar şöbəsinin rəisi, bu xəbəri elan edərək deyib: Qadınların keçirəcəyi bu aksiya Bəhreynin İslami-Siyasi Təşkilatlarının təşəbbüsü və iştirakı ilə təşkil edilmişdir.
Əhlam Əl-Xəzai, Mənamedə Qadınlar Günü münasibətilə Bəreynin "Vifaq" Milli İslam Cəmiyyətinin qərargahında keçirilən mətbuat konfransında dedi: Orta hesabla hər ay 10 bəreynli qadın Ali-Xəlifə rejminin "təhlükəsizlik qüvvələri" tərəfindən saxlanılır.
O dedi: İlk Bəhreynli şəhid qadın Bəhiyyə İradinin şəhadətini xatırlatmaq üçün hər il Mart ayının 17-i "Bəhreynli Mübariz Qadın" günü kimi keçiriləcəkdir. Bu ilin aksiyası da bu münasibətlə "Səninlə Zəfər Çalınacaqdır" şüarı ilə keçiriləcəkdir.

1183178
captcha