İQNA-nın (İran Quran Xəbər Agentliyi) "NƏM" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə "Qoşulmayanlar Hərəkatı" bəyanat yayaraq sionist rejiminin Suriyanın hava sərhədlərini pozaraq Dəməşqin Elmi Tədqiqat Mərkəzini bombardman etməsini – (ki, bu hava hücumunda 7 nəfər ölən və yaralanan oldu), Beynəlxalq qanunların, BMT-nin prinsiplərinin və 1974-cü ildə imzalanan qoşunların ayrılması müqaviləsinin aşkar şəkildə pozulması adlandıraraq kəskin şəkildə məhkum etdi.
"Qoşulmayanlar Hərəkatı" Suriya ilə həmrəylik elan edərək sionist rejiminin bu cinayətə görə məsuliyyətə cəlb olunmasını istədilər.
1184678