IQNA

Peyğəmbər Məscidinin şəkili (yaşıl günbəz) Vəhabilər tərəfindən Mədinə şəhərinin simvolundan götürülmüşdür

23:02 - February 08, 2013
Xəbər sayı: 2493357
Beynəlxalq qrup: Səudiyyə Vəhabiləri Mədinə şəhərinin "Mədinə, İslam Dünyasının Mədəni Paytaxtı-2013" simvolundakı Peyğəmbər Məscidinə aid olan yaşıl günbəz şəkilini siliblər.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Əl-Aləm TV kanalının rəsmi saytına istinadən verdiyi xəbərə görə Vəhhabilər, Səudiyyə vəhhabiləri Mədinə şəhərini 2013-cü ilin "İslam Mədəniyyəti paytaxtı" kimi təqdim edən gerbin üzərindən Peyğəmbər (s.ə) məscidinin yaşıl günbəz şəklini siliblər.
Müçahidəçilərin fikrincə, onların bu hərəkəti ola bilsin ki, vəhhabilərin Mədinə şəhərinin tarixi yerlərini dağıtma siyasəti yönündə həyata keçirilir.
Həmçinin siyasi müşahidəçilər bu addımın müqəddəs Mədinə şəhərinin dağıdılmasına zəmin yaratmaq məqsədilə də olduğunu güman edirlər.
1184651
captcha