İQNA-nın (İran Quran Xəbər Agentliyi) Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Seyid Əli Xameneinin dəftərxanasının rəsmi saytına istinadən verdiyi xəbərə görə Həzrət Ayətullah Üzma İmam Seyid Əli Xamenei bu gün səhər Ali Fiqhi məsələlərin xaric dərslərində İran xalqına İran İslam İnqilabının ildönümü bayramında keçirdikləri "22 Bəhmən" yürüşdə göstərdikləri şücaət və bəsirətlərinə görə təşəkkür edərək bunu böyük bir hadisə adlandırdı və dedi: 34 il keçməsinə baxmayaraq xalqın İslam İnqilabının qələbəsini bu cür kütləvi şəkildə bayram keçirməsi Allahın böyük nemətidir və bunun üçün bir ömür şükr etmək lazımdır.
İran İslam İnqilabının başqa ölkələrdə baş verən inqilablarla fərqi budur ki, İran xalqı bu dövlətin və inqilabın sahibidir. İnqilab bayramını keçirmək də onların öhdəsinə düşür. Buna görə də xalqımız bu böyük nemətin qədrini bilir öz istiqlal və izzətlərini himayə edir və harda lazım olsa özlərini göstərir və düşmənin boş görmək istədiyi səhnəni öz hüzurları ilə doldurur və düşməni nakam qoyur və məyus edirlər.
Onlar xalqın meydandakı hüzurunun nə demək olduğunu yaxşı başı düşür və özlərinin (bu xalqa qarşı proqramlarında) nakam qalacaqlarını bilir və buna görə də İran xalqı əleyhinə durmadan zəhərli təbliğatlar aparmağa təşəbbüs göstərir və istəyirlər ki, bu böyük səhnənin dünyadakı şüasını azaltsınlar.
1186615