IQNA

Ali Dini Lider "Milli İstehsal və İran xalqının iş və sərmayəsinə dəstək" layihəsinin ümumi siyasətlərini açıqladı

22:40 - February 12, 2013
Xəbər sayı: 2495613
İran İslam İnqilabının Rəhbəri və Ali Dini Lider Həzrət Ayətullah Xamenei Milli İstehsal və İran xalqının iş və sərmayəsinə dəstəyin ümumi siyasətlərini dövlətin üç əsas qüvvəsi – qanun verici, nəzarətçi və icraçı – və Sistemin Mənafeyini Qoruma birliyi başçıları üçün açıqladı.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) İran İslam İnqilabının Rəhbəri və Ali Dini Lider Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xameneinin dəftərxanasının rəsmi xəbər agentliyinin internet saytına istinadən verdiyi xəbərə görə İran İslam İnqilabının Rəhbəri və Ali Dini Lider Həzrət Ayətullah Xamenei əsas qanunun 110 maddəsinin 1-ci bəndinin icrası istiqamətində Qurum Mənafeyini Müəyyənləşdirən Birliyin üzvləri ilə razılaşmadan sonra "Milli İstehsal və İran xalqının iş və sərmayəsinə dəstəyin" ümumi siyasətlərini dövlətin üç əsas qüvvəsi – qanun verici, nəzarətçi və icraçı – və Sistemin Mənafeyini Qoruma birliyi başçıları üçün açıqladı.
Buna əsasən İran dövləti ən qısa zamanda bu siyasətin icrası üçün lazım olan layihəni hazırlamalı və işi qanuni orqanlara təhvil verməlidir.
"Milli İstehsal və İran xalqının iş və sərmayəsinə dəstək" siyasətinin ümumi müddəalarından bəziləri bunlardır:
1). Rəqabətin və istehsal amillərinin məhsuldarlığının artırılması
2). Tədqiqatın gücləndirilməsi, inkişafı və yeniliklər və bunlardan istifadə edərək infrastrukturun inkişaf etdirilməsi
3). Biliklərə əsaslanan iqtisadiyyatın inkişafı və onun əsas komponentlərinin inkişafına diqqət
4). İctimai istehlak istehsalının himayəsi və gündəlik təlabat məhsullarının istehsalına dəstək
5). Milli istehsal və sahibkarlığın ehtiyaclarına diqqət resurslarının idarə olunması və milli valyutanın sabitliyi
6). Milli hasilatı artırmaq üçün biznes mühitinin yaxşılaşdırılması
7). Kooperativ və özəl sektorlarda Milli istehsalın payının artırılması
8). Milli istehsal üçün ictimai və qeyri-hökumət təşkilatların rolunu tənzimləmək
9). İctimai, Təbi, Sosial, Fiziki kapitalların gücləndirilməsi
10). İran kapital, əmək, mal və xidmətlərin inkişafına dəstək
........
1187307
captcha