IQNA

İİR-nın Qum şəhərində "Yarım əsr hüzur" toplantısı

18:03 - February 14, 2013
Xəbər sayı: 2496478
Elmi-Dini Hövzələr qrupu: İİR-nın Müqəddəs Qum şəhərində "Yarım əsr hüzur" toplantısı bu gün dini şəxsiyyətlərin və dövlət rəsmilərinin iştirakı ilə öz işinə başladı.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Qum Dini-Elmi Hövzəsinin Ustadlar İttifaqının mədəni, elmi, ictimai, dini və siyasi sahələrdəki yarım əsirlik xidmətlərini qiymətləndirmək hədəfi ilə İran İslam Respublikasının Qum şəhərində "Yarım əsr hüzur" toplantısı bu gün səhər (14 fevral) Beynəlxalq Cameətul-Mustafa (s) Universitetinin İmam Xomeyni Ali Təhsil Mərkəzində işə başladı.
Bu toplantıda Qum Dini-Elmi Hövzəsinin Ustadlar İttifaqının rəisi Ayətullah Yəzdi və İran Dini-Elmi Hövzələrinin müdiri Ayətullah Hüseyni Buşəhri toplantının açılış mərasimində toplantının keçirilməsinin gedişatı haqqında çıxış etdilər.
Həmçinin toplantıda Ali Dini Lider Həzrət Ayətullah Üzma Seyid Əli Xaməneinin ismarıcı Höccətul-İslam Məhəmmədi Gülpayqani tərəfindən qiraət edildi və Ayətullah Məhdəvi Kəni – Xübrəgan Məclisinin rəisi, çıxış etdi.

1188551
captcha