“İQNA”-nın "ən-Nəhar"a istinadən məlumatına görə, Səudiyyə Ərəbistanının İslam İşləri, Dəvət və İrşad Nazirliyinin Məkkə bölgəsi üzrə şöbəsi, Ciddədəki Kral Əbdüləziz adına Beynəlxalq Hava Limanındakı fəaliyyət ofisi vasitəsilə, həcc mövsümünün başlanğıcından (12 Zül-hiccə) 23 Zül-hiccə 1447-ci ilədək bu hava limanından ölkəni tərk edən zəvvarlara 374 min 660 nüsxə Qurani-Kərim hədiyyə edib. Bu tədbir nazirliyin Allahın qonaqlarını yola salmaq üçün göstərdiyi səylərin bir hissəsidir.
Nazirlik izah edib ki, bu hədiyyəyə Mədinədəki Kral Fəhd adına Quran Çapı Mərkəzində müxtəlif ölçülərdə çap olunmuş Qurani-Kərim nüsxələri, eləcə də Quranın mənalarının 80-dən çox beynəlxalq dildə tərcümələri daxildir.
Bu, zəvvarlara Allahın kitabından bəhrələnməyə və onun mənaları üzərində öz dillərində düşünməyə kömək edir.
Bu hədiyyələr Səudiyyə Ərəbistanının Allahın evinin qonaqlarına göstərdiyi diqqət, İslamın və müsəlmanların xidmətində durmaq, eləcə də zəvvarlar arasında Allahın kitabını yaymaq səyləri çərçivəsində paylanıb. Bu, zəvvarların Səudiyyə Ərəbistanına gəldikləri andan öz ölkələrinə qayıdana qədər onlara göstərilən kompleks xidmətlərin bir təzahürüdür.
4358414