“İQNA”-nın İraqın rəsmi xəbər agentliyi “VAA”- ya istinadən verdiyi xəbərə görə, İmam Hüseyn (ə) və Həzrət Abbas (ə) hərəmlərində bayraqların dəyişdirilməsi mərasimi keçirilib.
Qırmızı bayrağın qara matəm bayrağı ilə əvəz olunması ilə müşayiət edilən bu mərasim hicri-qəməri təqvimi ilə 1448-ci il Məhərrəm ayının başlanmasını ifadə edir.
Bu mərasimdə ali dini mərcəiyyətin nümayəndəsi Əbdülmehdi əl-Kərbəlayi bildirib: “Biz Aşura məktəbini şüur və düzgün anlayışla dərk edən bir ümmət formalaşdırmalıyıq”.
O qeyd edib ki, şüarlar insanı yüksək təqva məqsədinə yönəldən vasitələrdir.
Əl-Kərbəlayi əlavə edib ki, dini mərcəiyyət İmam Hüseynin (ə) qiyamının ali məqsədlərinin həyata keçirilməsi üçün o Həzrətin minbərinə xüsusi önəm verib.
O həmçinin vurğulayıb ki, ali dini mərcəiyyətin tövsiyələrindən biri İmam Hüseynin (ə) əxlaq və davranışı ilə zinətlənmək, möminlər arasında təfriqə, ixtilaf və parçalanmaya səbəb olan mövzuların gündəmə gətirilməsindən çəkinməkdir.
4358764