IQNA

İndoneziya din alimləri qərb mədəniyyətinin ölkədə yayılmasına etiraz ediblər

21:13 - February 17, 2013
Xəbər sayı: 2498011
İctimai qrup: İndoneziyanın din alimlərinin "Alimlər Hərəkatı İttifaqı" - (Nahdlatul Ulama – Nəhzətul Üləma) qərb mədəniyyətinin ölkədə yayılmasına etiraz olaraq bəyanat yaymış və müsəlmanları da İslam dininin təlimlərinə əməl etməyə çağırmışlar.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Asiyanın Şərq regionu üzrə şöbəsinin verdiyi xəbərə görə İndoneziyanın din alimlərinin "Alimlər Hərəkatı İttifaqı" - (Nahdlatul Ulama – Nəhzətul Üləma) cümə günü (15 fevral) qərb mədəniyyətinin İslam təliməri və maarifi ilə zidd olduğuna işarə edərək qərb mədəniyyətinin ölkədə yayılmasına etiraz olaraq bəyanat yaymış və müsəlmanları da İslam dininin təlimlərinə əməl etməyə çağırmışlar.
Bəyanatda deyilir: "Əgər müsəlmanlar qərb mədəniyyətinin öz ictimaiyyətlərində yayılmasına və dəb olmasına laqeyd yanaşsalar, bu, irəli getdikcə İslam mədəniyyətinin və xalis Məhəmməd (s) sünnətinin məhvinə və xəstə bir "mədəniyyət"in onun yerini almasına səbəb olacaqdır.
Qərb mədəniyyəti İslami ölkələrdə qərbin mənafeyini təmin etmək üçün planlaşdırılmışdır. Onlar İslami ictimaiyyətləri öz təsirləri altına salmaq və bununla da müsəlmanlara hakimiyyət etmək üçün "mədəniyyət" adı altında öz mənfur planlarını müsəlman ölkələrində həyata keçirirlər".

1190054
captcha