IQNA

Etiopiya müsəlmanları İslam dininin əleyhinə film yayılmasına etiraz etdilər

23:43 - February 18, 2013
Xəbər sayı: 2498695
İctimai qrup: Qəzəblənmiş Etiopiya müsəlmanları bu ölkənin TV kanalından İslam dininin əleyhinə "Harekat Jihadawi" filminin yayılmasına etiraz olaraq bu gün (18 fevral) küçələrə tökülərəl etiraz aksiyası keçirmişlər.
1190613 –
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Afriqa regionu üzrə şöbəsinin verdiyi xəbərə görə bu filmdə ("Harekat Jihadawi") müsəlmanlar vəhşi, dağıdıcı bir qüvvə və silahlı qruplaşmalara aid olan insanlar kimi təmsil olunmuşlar.
Bu kinoda müxtəlif cinayətkar şəxslərin cihad hərəkəti barədə müsahibələri yerləşdirilmişdir ki, məqsədli şəkildə müsəlmanları anti-xalq və terrorist kimi tanıtdırırlar.
Etiopiyanın şərq regionu müsəlmanları bu filmdə etiraz olaraq xiyabanlar axışmış, aksiya keçirmiş və dövlətdən İslam dinini və müsəlmanları təhqir edən şəxslərin zəcalandırılmasını və rəsmi şəkildə üzr istəmələrini tələb etmişlər.
captcha