IQNA

Suriyalı qadınlar Həzrət Zeynəbin (ə) ziyarətgahında etiraz toplantısı keçiriblər

23:51 - February 18, 2013
Xəbər sayı: 2498697
Beynəlxalq qrup: Suriyalı qadınlar Həzrət Zeynəbin (ə) pak ziyarətgahında etiraz toplantısı keçirərək bu ölkədə qadın və uşaqların silahlı quldurlar və qruplaşmalar tərəfindən oğurlanmasını kəskin şəkildə məhkum etdilər.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Əl-Aləm kanalının rəsmi saytına istinadən verdiyi xəbərə görə Suriyalı qadınlar Həzrət Zeynəbin (ə) pak ziyarətgahında etiraz toplantısı keçirərək şüarlar səsləndirmiş, bu ölkədə qadın və uşaqların silahlı quldurlar və qruplaşmalar tərəfindən oğurlanmasını kəskin şəkildə məhkum etmişlər.
Həmçinin aksiyaçı qadınlar Kəfərya və Əl-Fəvə məntəqələrində oğurlanmış qadın və usaqların tez bir zamanda azadlıqa buraxılmasını tələb ediblər.
Aksiyaçılar bəzi ölkələri Suriyanın daxili işlərinə qarışmaqda suçlandırmış və BMT-nin bunun qarşısında durmasını isə məhkum etmişlər.

1190683
captcha