İQNA-nın (İran Quran Xəbər Agentliyi) İslam İnqilabının Rəhbəri Ali Dini Lider Həzrət Ayətullah Xameneinin dəftərxanasının rəsmi saytına istinadən verdiyi xəbərə görə bu gün (19 fevral) Ali Dini Lider Həzrət Ayətullah Xamenei "Əmmar filmi" xalq festivalının məsulları və icraçıları ilə görüşündə film çəkilişində dini mövzulara, İslam maarifinə və İnqilabi dəyərlərə önəm verilməsini mübarək bir addım adlandıraraq İslami incəsənətin dəqiq və uzunmüddətli proqrama əsasən hazırlanmasını və münasib avadanlıqlardan ən çox təsir qoymaq və faydlanmaq üçün istifadə olunmasını vurğuladı.
O, İslam İnqilabının tarixi, Müqəddəs Müdafiə, Fələstin, İslam Oyanışı kimi sujeləri film çəkilişi üçün ən yaxşı və əhəmiyyətli mövzular hesab etdi.
O, həmçinin xalq kino festivalının "Əmmar" – Peyğəmbərin (s) səhabəsi və İmam Əlinin (ə) ən yaxın dostu, adı ilə keçirilməsini çox gözəl bir fikir olduğunu və bunu bəyəndiyini söylədi.
O, Əmmar haqqında dedi: Əmmar Peyğəmbər (s) zamanında və O həzrətdən sonrakı dövrlərdə və hadisələrdə heç vaxt büdrəmədi. Ən çətin imtahanların öhdəsindən bəsirət, hüşyarlıq, vaxrşünaslıq ilə gəlirdi və yerində, vaxtında və ona ehtiyac olan zamanda olmalı yerdə olmağı ilə həmişə digərlərindən seçilirdi.
Ali Dini Lider İnqilabın gələcək işıqlı üfüqlərinə işarə edərək dedi: 1357-ci şəmsi ilində qələbə ilə başlayan İslam İnqilabı Hərəkatı, bu 34 illik yol, ABŞ-ın hegomoniyasının dünyadakı heybətinin sınması və başqa hadisələr, əsl İslam Hakimiyyəti və onun hədəfləri üçün müqəddimədir. Buna görə də biz daha çox çalışmalı, düşməndən qorxmamalı, bədbinlikdən qorunmalı və daha ümüdli və daha sürətli, qülləyə doğru irəliləməliyik.
Biz bu hədəfi bütün sahələrdə o cümlədəm incəsənət və kino sahəsində də izləməliyik. Bu sahədə də mömin, nişatlı, təravətli, yeni fikirli və iradəli cavanlar əsas mühərrik olmalıdırlar. Peşəkarlar isə yeni istedad və qüvvələrin yetişdirilməsində və öz təcrübələrinin yeni nəslə ötürülməsində fəaliyyət göstərməklə bu hərəkatı sürətləndirməlidirlər.
Kino ərsəsini azğınlıqlardan qorumağın əsas çarəsi bu ərsəyə möminlərin varid olması, incəsənət adamının Allahla rabitəsinin qırılmaması, dualara əhəmiyyət verilməsi və iş mühitinin pak və mənəvi saxlanılmasıdır.
Festivala Əmmar adı verilibsə mühitdə Əmmara layiq olmalıdır. Çünki, ibadət və zikr bütün hünərlərdən daha ləzzətlidir.
İslam maarifi sahəsində incəsənətlə məğul olanlar və İslami mövzularda kino və filmlər hazırlayanlar həqiqətən Allah yolunda cihad edirlər.
Düşmənlərin yalan təbliğlərindən biri də budur ki, deyirlər incəsənət sahəsi siyasətdən ayrıdır. Əgər belədirsə bəs niyə İranın anti-sionist filmlərimə beynəlxalq festivallarda iştirak etməyə icazə vermirlər?!
Bunun müqabilində anti-İran kinolara mükafat verirlər! Bu incəsənət və siyasətin qərbdə bir olduğunun sübutudur!
1191770