IQNA

İslam ümməti arasına nifaq və ayrılıq salmaq sionistlərin ən aşkar və əsas hədəfidir

23:39 - February 28, 2013
Xəbər sayı: 2503925
Siyasi qrup: İran İslam İnqilabının Böyük Rəhbəri, Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Seyid Əli Hüseyni Xamenei fevral ayının 27-də Pakistanın prezidentini ilə görüş zamanı İslami ölkələrin hər tərəfli əlaqələrinin genişlənməsi və güclənməsini müsəlmanların problemlərinin həlli üçün əsas amil hesab edərək demişdir: "İslam Ümməti arasında ixtilaf və təfriqənin törədilməsi imperializm və beynəlxalq sionizmin hədəflərindəndir".
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Ali Dini Lider Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xameneinin dəftərxanasının rəsmi saytına istinadən verdiyi xəbərə görə İran İslam İnqilabının Böyük Rəhbəri dünən (27 fevral) Tehranda Pakistan prezidenti Asifəli Zərdarini qəbulu zamanı İslam ölkələri arasındakı əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsini müsəlmanların çətinliklərinin həlli üzrə mühüm amillərdən hesab edib.
"İslam Ümməti arasında ixtilaf və təfriqə törətmək sionistlər və hegemonçuların əsas hədəflərindəndir" –deyə İslam İnqilabının Böyük Rəhbəri qeyd edib.
Həzrət Ayətullahül-üzma Xamenei İslam Ümmətinin bir çox problemlərinin əsassız habelə İslam düşmənləri tərəfindən aşılanmış problemlər olduğunu bildirərək, belə əlavə edib: "İslam Dünyasının insani, təbii və coğrafi qabiliyyətləri və istedadlarının yenidən bərpası və canlandırılması bu problemlərin həllində böyük təsirlərə malikdir".
İslam İnqilabının Böyük Rəhbəri bu görüşdə həmçinin Pakistan hökumətinin ölkədə milli vəhdəti pozan amillərlə qətiyyətli formada davranmalı olduğunu bildirərək, məzhəbi ixtilaf və təfriqənin törədilməsini təhlükəli virus adlandırıb.
Həzrət Ayətullahül-üzma Xamenei sonra belə bildirib: "Pakistanda məzhəb zəminində törədilən qırğınlar həqiqətən təəssüfləndiricidir və qətiyyətli formada davranmaqla, bu məsələnin Pakistanın milli vəhdətini pozmasına icazə verilməməlidir".
Pakistan Dövlətinin bu problemləri həlli etmək üçün yetərli qabiliyyətlərə malik olduğunu bildirən İslam İnqilabının Böyük Rəhbəri, ümidvarlıq ediblər ki, Pakistan hökuməti bu ölkədə məzhəblər və etnoslar arasındakı vəhdətin möhkəmləndirilməsində habelə Pakistanın inkişafında uğurlu olsun.
Həzrət Ayətullahülüzma Xamenei İranla Pakistan arasındakı qardaşcasına və məhəbbətlə dolu olan əlaqələrin genişliyinə və dərinliyinə işarə edərək, bildirib: " Biz iki ölkənin iqtisadi, infrastruktur, siyasi, ictimai və təhlükəsizlik əlaqələrinin gücləndirilməsi zərurətinə ciddi formada inanırıq".
İranla Pakistan arasındakı qaz boru kəmərinin Tehran-İslamabad arasındakı əməkdaşlığın mühüm nümunəsi olduğunu bildirən İslam İnqilabının Böyük Rəhbəri iki ölkə arasındakı əlaqələrin genişləndirilməsi haqda mövcud olan müxalifətlər və düşmənçiliklərə işarə edərək, belə əlavə edib: "Tam qətiyyətli olmaqla bu müxalifətləri arxada qoymaq lazımdır".
Davamlı və təhlükəsiz bir enerji mənbəyindən istifadə imkanının hər bir ölkə, o cümlədən Pakistan üçün birinci dərəcəli əhəmiyyətə malik olduğunu bildirən Həzrət Ayətullahülüzma Xamenei sonra belə bildirib: "Bu məntəqədə İran İslam Respublikası etibarlı enerji mənbəyinə malik olan yeganə ölkədir və biz Pakistanın enerjiyə olan ehtiyacını təmin etməyə hazırıq".
Pakistan prezidenti Asifəli Zərdari İslam İnqilabının Böyük Rəhbəri ilə görüşdən razılıq ifadə edərək, deyib: "Pakistan dövləti və xalqı İran İslam Respublikası ilə əməkdaşlıqları genişləndirməkdə və əlaqələrin səviyyəsini yüksəltməkdə olduqca maraqlıdırlar".
Pakistan prezidenti həmçinin İranla Pakistan arasındakı əlaqələrdə pozuculuq törətmək istəyən bəzi qüdrətlərin cəhdlərinin məğlubiyyətə məhkum olduğunu bildirib.
"Hazırda xalqlar İslam düşmənləri qarşısında hansı şəkildə əməl edəcəklərini başa düşüblər" –deyə Zərdari qeyd edib.
Vətəndaş müharibəsi törətməyi Pakistan düşmənlərinin planı adlandıran Pakistan prezidenti sonra deyib: "Pakistan dövləti İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahül-üzma Xameneinin duaları sayəsində bu nəhs planların icrasına icazə verməyəcək".
1196321
captcha