IQNA

Düşmənlərin son günlərdə ki, şayiələr yayması Hizbullah hərəkatı əleyhinə psixoloji müharibənin gücləndiyini göstərir

0:15 - March 01, 2013
Xəbər sayı: 2503929
Beynəlxalq qrup: Seyid Həsən Nəsrullah – Livan Hizbullah Hərəkatının baş katibi, canlı yayımda onun səhhəti ilə bağlaı yayılan şayiələrin düşmənin psixoloji müharibəsinin Hizbullah əleyhinə gücləndiyinin əlaməti hesab edib və cavab olaraq deyib: Öz səsim və təsvirim ilə elan edirəm ki, mənim sağlamlığım haqqında eşitdikləriniz şayiədir və Hizbullah əleyhinə olan müharibənin bir parçasıdır!
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "Əl-Mənar" xəbər agnetliyinə istinadən verdiyi xəbərə görə Seyid Həsən Nəsrullah fevral ayının 27-də canlı yayımda özü haqqında yayılan şayiələri təkzib etdi.
Bu xəbərə əsasən Livan Hizbullah hərəkatının lideri Seyid Həsən Nəsrullah “əl-Mənar” telekanalı ilə canlı yayımda ağır xəstə olması və İrana aparılması haqda barəsində gəzən şayiələri təkzib edib. Qeyd edək ki, daha əvvəl Hizbullahın rəsmi şəkildə bu şayiələri təkzib etməsinə və liderin Livanda olduğunu bəyan etməsinə baxmayaraq, bir sıra KİV-lər davamlı şəkildə Seyid Həsən Nəsrullahın “ölüm ayağında” olduğunu və təcili şəkildə müalicə üçün İrana aparılması haqda məlumatlar yaymışdı.
Türkiyədəki bəzi KİV-lər də Hizbullah-dakı adı çəkilməyən bir mənbəyə istinadən xəbərin təsdiqləndiyini iddia etmişdi. Bu şayiələr fonunda canlı efirə çıxan Hizbullah lideri şaiyələri əsassız sayıb. “Sözügedən şayiələr məni vadar etdi ki, öz səsim və öz görüntümlə bütün deyilənləri təkzib edim və bildirim ki, deyilənlər tamamilə əsassızdır”.
Hizbullah lideri bu şayiələri “Hizbullaha qarşı informasiya savaşının tərkib hissəsi” kimi dəyərləndirib.
Bundan başqa Seyid Həsən Nəsrullah canlı yayımda müavini Naim Qasimin Suriya silahlı müxalifəti tərəfindən yaralanması barədə KİV-lərin yaydığı xəbərləri də təkzib edib. “Son zamanlar “Azad Suriya Ordusu” iddia edib ki, guya sərhədyanı bölgələrdə Hizbullah-ın mövqelərini atəşə tutub və hətta mənim müavinim Şeyx Qasimi də yaralayıb. Elə mənim guya ölüm ayağında olduğum xəbəri kimi, bütün bu xəbərlər də tam cəfəngiyyatdır”.
Hizbullah lideri canlı yayımda Suriya mövzusuna da toxunaraq qeyd edib ki, Hizbullah Suriyanın ərazi bütövlüyünü və orada məzhəbindən asılı olmayaraq, bütün müsəlmanların vəhdətini dəstəkləyir. “Sünnilərlə şiələr arasında qarşıdurmalar heç birinin marağına xidmət etmir. Bu, yalnız bizim düşmənlərimiz üçün faydalıdır”.
Seyid Həsən Nəsrullah Suriyanın parçalanmasını “region və millət üçün strateji təhlükə” olduğunu və ölkənin birliyinin qorunmasının labüd olduğunu bəyan edib.
1196322
captcha