İQNA-nın (İran Quran Xəbər Agentliyi) "Əş-Şərq" saytına istinadən verdiyi xəbərə görə bir sionist polisi dünən (3 mart) Əqsa məscidinə soxulub və Quran oxuyan qadınlara hücum edərək Qurani-Kərimi ayağı ilə yerə atıb.
Xəbərə görə o polis Qüdsün əl-Məğaribə qapısından Əqsa məscidinə soxulub.
Məsciddə Quran oxuyan qadınlardan biri deyib: "Biz hər gün məsciddə Quran öyrənirik və bu gün bir sionist zabiti bizə hücum edərək ayağı ilə Quranı yerə atdı".
Qeyd edək ki, İsrail hərbiçiləri yəhudilərə əl-Məğaribə qapısından Əqsa məscidinə girməyə icazə verirlər və "Miras əl-Əqsa" insititutunun xəbərdarlıqlarına heç də məhəl qoymurlar.
1198214