IQNA

İranlı müsəlman qadın dünya qadınlarının gözü önündə yeni tarix yaratdı

23:21 - March 06, 2013
Xəbər sayı: 2507548
Siyasi qrup: İran İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Üzma Seyid Əli Xamenei "Yeddi Min Şəhid Qadın" konqresinə ünvanladığı müraciətdə vurğuladı: "İranlı müsəlman qadın dünya qadınlarının gözü önündə yeni tarix yaratdı və sübut etdi ki, qadın iffətli, hicablı olmaq və şərafətini qorumaqla bərabər ictimaiyyətdə və ictimai işlərin mərkəzində də ola bilər!"
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Ali Dini Lider Həzrət Ayətullah Üzma Seyid Əli Xameneinin Dəftərxanasının rəsmi saytına istinadən verdiyi xəbərə görə İran İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Üzma Seyid Əli Xamenei bu gün (6 mart 2013) Tehranda keçirilən "Yeddi Min Şəhid Qadın" konqresinə ünvanladığı müraciətdə - ki, konqresin açılış mərasimində oxundu, vurğuladı: "İranlı müsəlman qadın dünya qadınlarının gözü önündə yeni tarix yaratdı və sübut etdi ki, qadın iffətli, hicablı olmaq və şərafətini qorumaqla bərabər ictimaiyyətdə və ictimai işlərin mərkəzində də ola bilər!"
İran İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Üzma Seyid Əli Xameneinin müraciətinin mətni:
Bismillahir-rəhmanir-rəhim
"Bu gün burada minlərlə şəhid qadının xatirəsini əziz sayaraq toplaşmışsınız. Hansıki bu şəhidələr İslam və İranın tarix yolunun dəyişməsində layiqli rol ifa edərək Allah məhzərinə başıuca getmişlər. Mələklərdən təşkil olunmuş qoşun ki, İslam yolunda öz canlarından keçdilər. Tamaşaçl olmadılar, əməl meydanına qədəm qoydular və yeni İranın memarı oldular. Onlar böyük qadınlar idilər və şərqə və qərbə "qadın" üçün yeni tərif göstərdilər, yeni tərif yazdılar.
Qadının şərq tərifində həmişə haşiyədə, rolsuz, tarixdə təsirsiz bir obrazı cilvələndirilir və Qərb tərifində isə onun cinsi xüsusiyyəti insanlıq dəyərini kölgəsi altına salmış, kişilər üçün cinsi alətə çevirilmiş və yeni kapitalizimin ximətçisi halında və bu cəhətdən qabarıq şəkildə tərsim olunub.
İslam İranının qadını isə İnqilab və Müqəddəs Müdafiə zamanı "qərb və şərq modeli"ni kənara qoyaraq qadın üçün yeni bir tərif yazdı. İranlı müsəlman qadın sübut etdi ki, qadın və iffətli, hicablı və şərafətli olmaqla eyni zamanda siyasi ictimai ərsələrdə böyük nailiyyətlər qazanmaq olar.
İran qadını sübut etdi ki, ailə səngərini pak saxlamaq olar. Eyni halda həm siyasi və həm də ictimai ərsələrdə yeni səngərlər yaratmaq və yeni qələbələr əldə etmək olar.
Şəhid qadınlar atifə, lütf, mehribanlıq, qadınlıq hissləri və duyğularını Cihad, Şəhadət və Müqavimət ruhu ilə bir yerə topladılar və kişilər üçün olan meydanları şücaət, ixlas və fədakarlıqla fəth etdilər.
İnqilab və Müqəddəs Müdafiə zamanı qadınlar göstərdilər ki, qadın ailə tərbiyəsində, sağlam ailə saxlamaqda, sağlam ictimaiyyət yaratmaqda, ictimai və siyasi cihadlarda bütün bağlı qapıları aça bilərlər.
Bu qadınların qanlarının bərəkətinə, yeni qüdrətlilik və cazibədarlıq zühur edibdir ki, gec-tez dünya qadınlarının taleyinə təsir edəcəkdir.
İslam dünyası qadınlarının İslam dünyasının yayıldığı ilk illərdə yaşayan qadınları o cümlədən Həzrət Xədicə(s) , o həzrətin əziz qızı Həzrət Fatimə (s) və Zeynəb Kobra(s) kimi qadınları özlərinin ülgüləri kimi seçdikləri zamana kimi "anti-qadın" olan köhnə və yeni planlar heç bir nəticə verməyəcək.
İslamın əvvəlindəki şəhid qadınlardan sonra – ki, qadınlar məktəbinin ilk müəllimləridirlər, İranlı müsəlman mücahid qadın dünya qadınlarının ikinci müəllimi sayılır.
Allah salamı olsun İslamın böyük xanımı Həzrət Fatimə Zəhraya və İslamın bütün böyük xanımlarına, bütün fədakar xanımlara və bütün İran İslam İnqilabı yolunda canından keçmiş xanımlara!
Seyid Əli Xamenei
15 isfənd 1391
(5 mart 2013)
1200280
captcha