IQNA

"Almaniya və Avstriya üçün İslam" konfransı keçiriləcək

0:07 - April 09, 2013
Xəbər sayı: 2516346
Beynəlxalq qrup: "Hamburq İslam Mərkəzi" 2013-cü il May ayının 27-dən 29-dək "Almaniya və Avstriya üçün İslam" adı ilə üç günlük konfrans keçirəcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Almaniyadakı Mədəni Əlaqələr İdarəsinin verdiyi xəbərə görə bu konfrans oğlan və qızlardan ibarət uşaqlar, yeniyetmələr və cavanlar üçün nəzərdə tutulmuşdur. Konfrans "Almandilli müsəlmanlar" silsilə toplantıları şəkilində keçiriləcəkdir.
Konfransın çıxışçıları və mövzular:
- Dr. Gurhan Əzəgəs: - Almaniyada İslam Tarixi / Maraqlə şəkillər əsasında
- Şəmzad Qəmər: - Almaniyanın İslami bir partiyaya ehtiyacı varmı?
- Ayatullah Ramazani: İslam bütün dünyanın rifahı üçün
- Dəyirmi masa: İslam Almaniya üçün münasibdirmi? – Dr. Yavus Əzgəs və Yorgun Sezərin - (qəzet müxbiri, Kompas jurnalının naşiri), iştirakı ilə keçiriləcəkdir.
- Quranlı gecə və Quran yarışları
- Muhəmməd Al-Hüseyni: İslami İqtisad
- Dr. Yavuz Əzgəs: Biz İslamla yaşayır və ölürük
Bu toplantı may ayının 29-da sona catacaqdır.
1209309
captcha