Beynəlxalq qrup: İraqın parlament nümayəndəsi vəhhabi müftisi İbn Deməşqinin Həzrət Zeynəbin (ə) ziyarətgahının dağıdılması barədə verdiyi fətvaya kəskin etiraz edib. O, deyib: "Bu fətva İslam dünayasını tayfa savaşlarına sövq edir".
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) BARASA xəbər agentliyinə istinadən verdiyi xəbərə görə İraq parlamentinin üzvü Kazım Şimri vəhabi müftisi "İbn Dəməşqi"nin Həzrət Zeynəbin (ə) ziyarətgahının dağıdılması barədə verdiyi fətvanı kəskin tənqid edərək məhkum edib.
O, yayınladığı bəyanatda bildirib: "Həzrət Zeynəb (ə) ziyarətgahının dağıdılması barədə verilən qərar müsəlmanları məzhəb davasına sövq edir. Bu fətva İslam dünayasını tayfa savaşlarına aparır və minlərlə günahsız insanların ölümünə səbəb olacaq".
O, belə bir qərarın sionistlər tərəfindən idarə olunduğunu qeyd edib.
1209500