İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Əl-Aləm" peyk TV kanalının rəsmi xəbər saytına istinadən verdiyi xəbərə görə Fars Körfəzi Ölkələri Şurasının birbaşa himayə etdiyi "Cəbhətün-nəsrə" kimi silahlı terrorist ünsürlərin Suriyada dinc əhaliyə qarşı vuruşduğu bir zamanda bu şura yəhudilərin məqsədləri yönündə sionistlərlə iş birliyi quraraq Livanın "Hizbullah" təşkilatının adını terrorçu təşkilatlar siyahısına salmağa çalışır.
Xəlifə Əhməd Əz-Zəhrani – Bəhreyn Nümayəndələri Məclisinin rəisi, Fars Körfəzi Ölkələri Şurasının "Hizbullah"ın adını terrorçu təşkilatlar siyahısına salma cəhdi barədə xəbər verərək bunun Livan və Şura ölkələri arasında diplomatik əlaqələrə təsiri olmayacağını dedi.
Qeyd edək ki, Fars Körfəzi Ölkələri Şurasının Qətər və Səudiyyə Ərəbistanı kimi üzvləri Türkiyə və Qərb ilə həmkarlıq edərək "Cəbhətün-nəsrə" kimi silahlı terrorist ünsürlərin dinc Suriya əhalisinə divan tutmasını birbaşa himayə edirlər.
1211150