İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Rasi" xəbər kanalına istinadən verdiyi xəbərə görə Ərəbistanın görkəmli şiə alimi Əllamə Əbdül-Hadi Fəzlinin cənazəsi həftənin 3-cü günü şiələrin, İran İslam İnqilabının Rəhbərinin nümayəndəsinin və Şeyx Həsən Səffarın iştriakı ilə Qətifdə təşyi və dəfn olundu.
Görkəmli şiə alimi əllamə mərhum "Əbdulhadi Fəzli"nin cənazəsi Seyhat şəhərinin qəbiristanlığında torpağa tapşırılıb.
Şəbistgan agentliyi "əl-Kəvsər"in verdiyi məlumata istinadən, ötən günü görkəmli şiə alimi əllamə mərhum "Əbdulhadi Fəzli"nin dəfn məarsimi olub.
Mərhumun cənazəsi Qətif əyalətindən Seyhat şəhərinə gətirilib və şəhər qəbirsanlğında torpağa tapşırılıb.
Bəzi ərəb mənbələrinin məlumatına əsasən, dəfn mərasimində on minlərlə əhali iştirak edib. Mərasim iştirakçıları İhsa, Qətif və Dəmam əyalətlərinin camaatı olub.
Əllamə Fəzli düçar olduğu xəstəlikdən sonra 78 yaşında dünyasını dəyişib.
Şeyx Əbdulhadi Fəzli 1935-ci ildə İraqın Bəsrə şəhərinin Saxratul-ərəb kəndində dünyaya gəlib və atası Ayətullah Mirza Muhsin Fəzliin nəzarəti altında dini təhsil alıb. O mərhum Qlobal Əhli-beyt (ə) cəmiyyətinin üzvü də idi.
O, şəhid Məhəmmədbaqir Sədrin yaxın və səmimi dostlarından biri olub. Allah rəhmət eləsin.
12108825