IQNA

Suriyalı rejissor İmam Sadiqin (ə) həyatını filmə çəkir

23:31 - April 20, 2013
Xəbər sayı: 2521548
Beynəlxalq qrup: Sami Cənadi – Suriyalı rejissor, İmam Sadiqin (ə) həyat və sirəsini "İmamul-Füqəha Əs-Sadiq (ə)" – (Fəqihlərin İmamı, Sadiq -ə-) adlı çox seriyalı filmə çəkir.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İngiltərinin İslam Mərkəzinin rəsmi saytına istinadən verdiyi xəbərə görə Sami Cənadi – Suriyalı rejissor, hal-hazırda İmam Sadiqin (ə) həyat və sirəsindən bəhs edən "İmamul-Füqəha Əs-Sadiq (ə)" – (Fəqihlərin İmamı, Sadiq -ə-) adlı çox seriyalı filmin müqəddimə işlərini hazırlayır.
Bu kinonun ssenari müəllifi Hamid Əl-Əla və rejissoru Sami Cənadidir.
Bu seriyal Küveytin "Əl-Xeyr" müəssisəsinin maddi himayəsi ilə istehsal olacaqdır.
Kino tarixi dram əsəri olaraq İmam Sadiqin (ə) Mədinədə yaşadığı dövrü, İmamın (ə) burada – Məscidun-Nəbidə (ə), Peyğəmbərin (s) məscidində Əhli-Beyt (ə) məktəbinin bünövrəsini qoyması və "İmamul-Füqəha" ləqəbini almasını işıqlandıracaqdır.
Qeyd edək ki, İmam Sadiq (ə) on iki imamçı şiələrin altıncı imamıdır ki, hicrətin 2-ci əsrinin bir çox tanınmış əhli-sünnə alimləri O həzrətin şagirdi olmuş və onun elmin qarşısında diz çöküb şagirdlik etmişlər.

1214906
captcha