Siyasi qrup: İslam İnqilabının Böyük Rəhbəri Şiələrin Ali Dini Lideri Həzrət Ayətullah Üzma İmam Seyid Əli Xamenei görkəmli dini alimi, tanınmış fəqih Ayətullah Hacı Şeyx Qulamrza Rizvaninin (r.ə) vəfatı münasibətilə onun ailəsinə və yaxınlarına baş sağlığı ismarıcı ünvanlayıblar.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslam İnqilabının Böyük Rəhbəri Şiələrin Ali Dini Lideri Həzrət Ayətullah Üzma İmam Seyid Əli Xameneinin dəftərxanasının rəsmi saytına istinadən verdiyi xəbərə görə Şiələrin Ali Dini Lideri Həzrət Ayətullah Üzma İmam Seyid Əli Xamenei görkəmli dini alimi, tanınmış fəqih Ayətullah Hacı Şeyx Qulamrza Rizvaninin (r.ə) vəfatı münasibətilə onun ailəsinə və yaxınlarına baş sağlığı ismarıcı ünvanlayıblar ki, müraciətin tam mətni belədir:
بسم الله الرحمن الرحيم
Çox hörmətli fəqih cənab Hacı Şeyx Qulamrza Rizvaninin (r.ə) vəfatı münasibəti ilə mərhumun hörmətli ailəsinə, onu sevənlərə və tələbələrinə başsağlığı verirəm. Bu əzəmətli alim həzrət İmam Xomeyninin (r.ə) etimad etdiyi tələbələrindən biri və müxtəlif mühüm vəzifələrə, o cümlədən Konstitusiyaya Nəzarət Şurasında məsuliyyət sahibi idi. O mərhumun müxtəlif orqanlar ilə əlaqədar "Nigəhban" (Konstitusiyaya Nəzarət) Şurasının fiqhi qərarlarını bildirməsi Allah-Taala tərəfindən qəbul olunmuş və ilahi məğfirət və rəhmətə səbəb olub inşallah.
Allah-Taaladan bu ali məqamlı ruhaninin ruhu üçün ali dərəcələr diləyirəm.
Seyyid Əli Xamenei
31 Fərvərdin 1392
1215409