İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Tehranın müvəqqəti İmam Cüməsi Höccətul-İslam vəl-Müslimin Kazım Siddiqi bu gün cümə aprel ayının 26-da Cümə Namazının ikinci xütbəsində Həzrət Zəhranın (s) ad gününü təbrik deyərək vurğuladı: "Həzrət Zəhra (s) Əhli-Beyti (ə) (öz fədakarlığı ilə qiyamətədək) sığortaladı və bu gün bütün şərəfli və böyük insanlar öz şərəf və böyüklüklərini Həzrət Fatimə (s) kövsərindən qazanmışlar".
Tehranın müvəqqəti İmam Cüməsi Höccətul-İslam vəl-Müslimin Kazım Siddiqi Ustad Şəhid Mütəhhərinin şəhadətinin ildönümü münasibətilə də başsağlığı verərək dedi: Şəhid Mütəhhəri öz şəxsiyyətini ali mənəvi dərəcədə formalaşdırmış bir insan idi ki, alim, amil (əməl edən), arif, həkim, filosof, dinin sərhədçisi, universitet və hövzə ustadı kimi tanınmışdı.
Tehranın müvəqqəti İmam Cüməsi Höccətul-İslam vəl-Müslimin Siddiqi bu günki çıxışında əlavə etdi: "Müsəlmanlar imperializmin fitnəkarlıqları və hədələri ilə qarşılaşmaq üçün ayıq və həmrəy olmalıdırlar".
O, aprelin 29 və 30-da Tehranda İslam Dünyasının din alimlərindən 500 nəfərinin iştirakı ilə "Din Alimləri və İslami Oyanışı" adlı beynəlxalq iclasın keçiriləcəyindən xəbər verərək, bu iclasın İslam dünyasında hər cür ixtilafa son vermək üçün əməli həll yolları müəyyən edəcəyini ümid edib.
Sionist İsrail rejiminin casusluq təşkilatı Mossad və Amerikanın casusluq təşkilatı MKİ-nin terrorçuları silahlandırmaq və qeyri-normal fitvalar çıxarmaq üçün bəzi müsəlman vaizləri aldatmaq üzrə cəhdlərinə toxunan Tehranın cümə namazı xitabətçisi sonra deyib: " Bu fəaliyyətlər, müsəlmanlar arasında ixtilaf salmaq, neft bazarlarına asan formada yiyələnmək və müsəlman dövlətlərə silah satmaq məqsədilə həyata keçirilir".
Höccətülislam-vəlmüslimin Sediqi öz sözlərinin davamında İranın İslam İnqilabının regionda İslami Oyanışa olan təsirlərinə də işarə edib.
"Düşmənlər İslami Oyanışı repressiya etmək ardıncadırlar və daim fitnəkar planlar hazırlamaqla məşğuldurlar. Lakin heç vaxt müvəffəq olmayacaqlar, çünki İslami Oyanış genişlənməkdədir" –deyə Tehranın Cümə Namazı xətibi sözlərini davam etdirib.
İranda 2013-cü ilin iyun ayında keçiriləcək prezident seçkilərinə toxunan Höccətülislam-vəlmüslimin Sediqi sonra deyib: " Düşmənlərin təsəvvürlərinin əksinə olaraq, İran xalqı 22 Bəhməndə İslam İnqilabının zəfər çalmasının 34-cü ildönümü münasibəti ilə keçirilən əzəmətli yürüşdə iştirak etməklə İran İslam Respublikası Quruluşuna və bu quruluşun amallarına bağlı olduqlarını nümayiş etdirdilər".
Tehranın cümə namazı xətibi İran İslam Repsublikasında keçiriləcək gələcək prezident seçkilərinin tam şəkildə qanuna əsasən olduğunu bildirərək, bu seçkilərdə iştirak edən namizədləri qanunlara tabe olmağa və etika qaydalarına riayət etməyə çağırıb.
Qərbdə istehlakçılığa rəvac vermək üçün qadından bir vasitə kimi istifadənin edilməsinə işarə edən höccətülislam-vəlmüslimin Sediqi sonra deyib: " İslam dinində qadın ikinci dərəcəli vətəndaş deyildir. İslam dinində qadın tam şəkildə ictimai və siyasi hüquqa malikdir".
1218264