IQNA

Səudiyyəli Vəhabi Şeyxi, İraqda Şiələrin öldürülməsini istəyib

22:14 - April 26, 2013
Xəbər sayı: 2524189
Beynəlxalq qrup: Səd Dirəyhim - Səudiyyəli Vəhabi Şeyxi və vəhabiliyin təbliğatçısı, İraqdakı silahlı terrorist qurup və ünsürlərdən istəyib ki, İraqda qorxu və iğtişaşlar yaratmaq üçün şiələrin qadın və uşaqlarını öldürsünlər.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "məna" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Səd Dirəyhim - Səudiyyəli Vəhabi Şeyxi, "Məhəmməd bin Səud" universitetinin ustadı və vəhabiliyin təbliğatçısı, özünün Twitter vasitəsilə ən yeni sayaqlamalarında özlərini "mücahid" adlandıran İraqdakı silahlı terrorist qurup və ünsürlərdən istəyib ki, İraqda qorxu və iğtişaşlar yaratmaq üçün şiələrin qadın və uşaqlarını və həmçinin, əllərində olan əsrilərin qadın ya uşaq olmasına baxmayaraq hamsını öldürsünlər.
Şeytanın nökəri olan bu vəhhabi missionerin sözləri hətta Ərəbistanda belə etirazlarla qarşılanıb.
Ərəbistanlı yazar Abdulla bin Bəxit Ərəbistanda çıxan Okkaz qəzetində Səəd əl-Dərihimin sözlərin reaksiya olaraq, yazıb: O, terrorçuları şiələrin qırğın edilməsinə təhrik etdiyi üçün mühakimə edilməli və cəzalandırılmalıdır və onun sözlərinə görə Ərəbistan rəsmiləri məsuliyyət daşıyırlar.
Ərəbistanda çıxan əl-Vətən qəzetinin yazarlarından olan Həlimə Müzəffər də Səəd əl-Dərihimin mühakimə edilməsi və universitetdən qovulmasını istəyib.
Həlimə Müzəffər yazıb: Bu təfəkkür, din adın gerçəkləşən cinayətlər və terrorizmin yaranmasına səbəb olur.
İraqın şimalında yerləşən Kərkük vilayətində terrorçular və silahlı qruplaşmaların aktivləşməsinin ardınca son günlər bu məntəqə qanlı toqquşmaların şahidi olub.

1218160
captcha