IQNA

Gələcək prezidentin zəruri xüsusiyyətləri / İqtisadi proqramlarda zəif kütlənin yaşayış tərzi nəzərdə alınmalıdır

7:15 - April 28, 2013
Xəbər sayı: 2524825
Siyasi qrup: Ali Dini Lidir Həzrət Ayətullah Xamenei Fəhlələr günü ərəfəsində ölkənin müxtəlif şəhərlərində olan fəhlələr ilə görüşündə buyurdu: Ölkə prezidenti hər nədən öncə Allaha, İslam İnqilabına, konstitusiyaya və xalqa imanlı olmalı və dərindən inanmalıdır.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Ali Dini Liderin dəftərxanasının rəsmi saytına istinadən verdiyi xəbərə görə Fəhlələr günü ərəfəsində ölkənin müxtəlif şəhərlərində olan fəhlələr İslam İnqilabının Böyük Rəhbərinin qəbulunda olublar.
Böyük İnqilab Rəhbəri həmin görüşdə fəhlələrin ölkənin müxtəlif səhnələrindəki rolu üzərində təkidlə cari ilin iqtisadi və siaysi arenalarda qəhrəmanlıq ili olduğunun, fəhlələr üçün böyük önəm daşıdığını bildiriblər.
Həzrət Ayətullah əl-Üzma Xamenei həmçinin buyurublar: Siyasi qəhrəmanlıq yəni xalqın tam ayıqlıqla ölkənin siyasi arenasında hazır olması, və bunun bariz nümunəsi də seçkilər ərsəsidir ki, Allahın inayəti ilə təyin olunmuş zamanda xalqın əzəmətli iştirakı ilə reallaşacaq.
Böyük Rəhbər eyni halda düşmənin həm iqtisadi həm də siyasi baxımdan xalqı naümid etməyə çalışmalarına toxunaraq deyiblər: İran xalqı son 30 neçə il ərzində ağır ədavətlər və düşmənçiliklərə baxmayaraq müqavimət göstərib və rəsmilərimiz də xalqa arxalanaraq öz vəzifələrini yerinə yetiriblər, amma hər halda əsas alqış və afərin xalqa məxsusdur.
İslam İnqilabının Böyük Rəhbəri seçkilərə namizədliyini irəli sürənləri, dəqiqliyə və ayıqlığa çağıraraq prezident seçkilərinin və prezidentlik vəzifələrinin çox həssas olduğu üzərində xüsusi təkidlər buyurublar.
Böyük Rəhbər ölkənin gələcək prezidentinin xüsusiyyətlərinə gəlincə buyurublar: Ölkənin gələn prezidenti düşmənlərin təzyiqləri qarşısında möhkəm dayanmalıdır. Bu xalqın çox böyük hədəfləri və amalları var ki, zorba dili ilə onu təzyiq və təsir altına almaq olmaz.
Böyük Rəhbər təkidlə bildiriblər ki: Ölkə prezidenti hər nədən öncə Allaha, İslam İnqilabına, konstitusiyaya və xalqa imanlı olmalı və dərindən inanmalıdır.
İslam İnqilabının Böyük Rəhbəri buyurublar: İnqilab illərinin təcrübəsi göstərir ki, Allah Təala öz fəzli sayəsində bu xalqı hidayət və onu düşmənlərə qalib edir və edəcək inşallah . Və hər kim bu xalqa qarşı çıxarsa məğlubiyyətə məhkumdur.
1218685
captcha