IQNA

Liavn Hizbullah Təşkilatının Baş Katibi Seyid Həsən Nəsrullah Tehrandadır

11:26 - April 29, 2013
Xəbər sayı: 2525685
Beynəlxalq qrup: Livanın İslam Müqaviməti Hərəkatının (Hizbullah) Baş Katibi Seyid Həsən Nəsrullah "İslam Ümmətinin Alimləri və İslam Oyanışı" Beynəlxalq toplantısında iştirak etmək üçün Tehrana gəlib.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-əhd" xəbər agentliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə Livanın İslam Müqaviməti Hərəkatının (Hizbullah) Baş Katibi Seyid Həsən Nəsrullah bu gün həftənin birinci günü aprel ayının 29-da İran İslam Respublikasında keçirilən "İslam Ümmətinin Alimləri və İslam Oyanışı" Beynəlxalq Toplantısında iştirak etmək üçün Tehrana gəlib.
Livanın İslam Müqaviməti Hərəkatının (Hizbullah) Baş Katibi Seyid Həsən Nəsrullah iki günlük səfərində və bu iclasın haşiyəsində İran İslam Respublikasın bir sıra rəsmi şəxsləri ilə görüş keçirəcəkdir.
"İslam Ümmətinin Alimləri və İslam Oyanışı" Beynəlxalq toplantısı "İslam Oyanışı Beynəlxalq Birliyi" təşklatı tərəfindən və müxtəlif ölkələrdən dəvət edilmiş qonaqların iştirakı ilə keçirilir.
İclasda beş yüzdən çox xarici və və iki yüzə qədər iranlə alim və mütəfəkkir dəvət olunub. İclasın dəbirxanasına verilən məqalələrin sayı 350-ni keçmişdir.
Sabah Livanın İslam Müqaviməti Hərəkatının (Hizbullah) Baş Katibi Seyid Həsən Nəsrullah region və Suriya problemləri haqqında çıxış edəcəkdir ki, bu çıxış canlı yayınla efirə veriləcək.

1219710
captcha