IQNA

İİR-nın Beynəlxalq Quran Yarışlarının 30-cu turunun iştirakçıları Ali Dini Lider Həzrət Ayətullah Xamenei ilə görüşdülər

17:32 - June 08, 2013
Xəbər sayı: 2544113
Siyasi qrup: İİR-nın Beynəlxalq Quran Yarışlarının 30-cu turunun iştirakçıları bu gün səhər (8 iyun) Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Seyid Əli Xamenei ilə görüşdülər.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Ali Dini Lider Həzrət Ayətullah Xameneinin dəftərxanasının rəsmi saytına istinadən verdiyi xəbərə görə İİR-nın Beynəlxalq Quran Yarışlarının 30-cu turunun iştirakçıları bu gün səhər (8 iyun) İmam Xomeyni (r.ə) Hüseyniyyəsində Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Seyid Əli Xamenei ilə görüşdülər.
Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Seyid Əli Xamenei bu görüşdə buyurdular: "Bu gün müsəlmanları birliyə və yekdilliyə dəvət edən hər bir səs İlahi və Allah tərəfindən olan çağırışdır. Və müsəlmanları bir-biriylə savaşa və məzhəbi çəkişmələrə səsləyən hər səs və dil, şeytanın səsi və dilidir".
"Əgər bu gün ictimaiyyətdə Quran hakim olarsa həm mənəvi, həm dünyəvi xoşbəxtlik qazanılacaqdır; Quran insanlara sağlıq, sağlamlıq, təhlükəsizlik, ucalıq, xoşbəxt həyat və xoş güzəran bəxş edəcəkdir".
Ali Dini Lider əlavə etdi:
"Bu gün müsəlmanları birliyə və yekdilliyə dəvət edən hər bir səs İlahi və Allah tərəfindən olan çağırışdır. Və müsəlmanları bir-biriylə savaşa və məzhəbi çəkişmələrə səsləyən hər səs və dil şeytanın səsi və dilidir.
Quran müsəlmanlara mühüm xitablarından biri istemarçı qüvvələrin qarşısında birlik yaratmaq və Allahın vəhdət ipindən yapışmaqdır.
Müsəlmanlar arasında birlik yaratmaq və bu vəhdəti qorumaq tez bir zamanda əməl olunması gərəkən bir fərizədir.
Bu gün müsəlman dövlətləri və müsəlmanlar üçün bir imtahandır. İslam millətləri tam ayıq və sayıq olmalıdır.
Qərbli düşmənlər müsəlmanlara qarşı qılınc çəkmiş və hazır dayanıblar. Buna görə də müsəlmanlar qüdrət amillərini və daxili qüvvələrini gücləndirməlidirlər. Ən mühüm qüdrət və güc amili isə birlik və vəhdət və müştərək inanclar ətrafında birləşməkdir.
Keçmişdə dünyanın qərb və şərq qüvvələri özlərinin azadlıq səsini sosializim və kapitalizim şüarları ilə dünyay çatdırırdılar. Bu gün bütün dünya ədalət, azadlıq, müstəqillik və ucalıq tələb edəndə Quranın şüarlarından istifadə edirlər".

239228 / 1239341

captcha