IQNA

Ayətullah Xəzəlinin cənazəsi bu gün səhər təşyi və dəfn edildi + FOTO

21:59 - September 18, 2015
Xəbər sayı: 3364654
Ictimai şöbə: Tanınmış əxlaq ustadı, Qum dini elmi hövzəsinin ustadı, "İslam İnqilabı Rəhəbərini təyin etmə məclisi"nin üzvü Ayətullah Əbul-Qasim Xəzəlinin mübarək cənazəsi bu gün səhər, Cümə günü, 18 Sentyabr 2015-ci il, müqəddəs Məşhəd şəhərində dövlət və əyalət rəsmilərinin və dini ictimaiyyətin iştirakı ilə dəfn olundu.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Rəzəvi Xorasanı" əyalətindən verdiyi xəbərə görə, Tanınmış əxlaq ustadı, Qum dini elmi hövzəsinin ustadı, "İslam İnqilabı Rəhəbərini təyin etmə məclisi"nin üzvü Ayətullah Əbul-Qasim Xəzəlinin mübarək cənazəsi bu gün səhər, Cümə günü, 18 Sentyabr 2015-ci il, müqəddəs Məşhəd şəhərində dövlət və əyalət rəsmilərinin və dini ictimaiyyətin iştirakı ilə Şəhidlər meydanından İmam Rzanın (ə) hərəminə qədər müşayət olunaraq müqəddəs ziyarətgahda dəfn olundu.



Dəfndə Höccətul-islam Möhsin Xəzəli, Ayətullah İmami Kaşani (Tehranın İmam Cüməsi), Höccətul-İslam Məhəmmədəli Şəhid (prezidentin müavini), Əlauddin Brucerdi (İslam Şurasında milli təhlükəsizlik komitəsinin üzvü), Ayətullah Seyid Əhməd Ələmulhüda və digər tanınmış şəxslər iştirak edirdilər.



Ayətullah Xəzəlinin mübarək cənazəsi Cümə namazından sonra ziyarətgahın "Daruz-zöhd" eyvanında dəfn edildi.   



Ayətullah Əbul-Qasim Xəzəli əxlaq ustadı və elmi hövzənin müəllimlərindən olmuş, "İslam İnqilabı Rəhəbərini təyin etmə məclisi"nin və milli konsitutsiyaya nəzarət şurasının üzvü idi. O, "beynəlxalq Ğədir təşkilatı"nı yaradaraq Əhl-Beyt (ə) məktəbi və maarifinin yayılmasında önəmli rol ifa etmişdi.



İran İslam İnqilabı zamanı İmam Xomeyninin (r) vəfalı dostlarından olmuş və sonradan da Ayətullah Xamenei ilə bu dostluğu davam elətdirmişdir.



O, "Ənvare Cavidan" (Əbədu Nurlar) təfsirinin sahibidir. Ayətullah bu təfsirdə həm Quranın Quranla təfsiri və həm də hədislə təfsiri üslubundan istifadə etmişdir. Bundan əlavə "Fatihə" surəsinə ayrıca təfsir yazmışdır ki, "Həmd kitabı" adı ilə çap edilmişdir.



Ayətullah Xəzəli bərəkətli bir ömür yaşamış, İslama xidmət etmiş və 90 yaşında ikən fani dünyaya əlvida demişdir.



 



   







 



3364565



 

captcha