İQNA’nın İslamazeri.az-a istinadla verdiyi xəbərə görə, Salehi Frankfurt Kitab Sərgisinin mətbuat konfransında Salman Rüşdinin çıxış edəcəyini bildirərək bu hadisənin siyasi və mədəniyyətdən kənar olmaqla yanaşı, İran Mədəniyyət və İslami İrşad Nazirliyinin qırmızı cizgilərinə də zidd olduğunu ifadə edib.
Salman Rüşdi haqqında İmam Xomeyninin verdiyi fətvanın heç vaxt unudulmayacağını qeyd edən Seyid Abbas Salehi, "İran Frankfurt Kitab Sərgisinin səbəbkarlarından bu proqramın həyata keçməməsini gözləyir", açıqlamasını verib.
Salehi İslam və Quran düşməni Salman Rüşdinin də Frankfurt Kitab Sərgisinə dəvət edilməsindən dolayı İranın sərgiyə qatılmağın müzakirə edildiyini bildirərək İranın Mədəniyyət və İslamı İrşad Nazirliyində bu məsələnin araşdırıldığını söyləyib.
Xatırladaq ki, 1988-ci ildə yazdığı və Qurandan bəhs edən "Şeytanın ayələri" kitabı müsəlman dünyasında qəzəblə qarşılanıb. Kitab Hindistan və Cənubi Afrika Respublikasında qadağan edilib. Yazdığı anti-islami əsərdən sonra 16 iyun 2007-ci ildə II Elizabet Salman Rüşdini cəngavər tituluna layiq görüb. 26 iyun 2008-ci ildə Londonda Bukingem sarayında II Elizabet şəxsən cəngavər titulunu Salman Rüşdiyə təqdim edib. 1989-cu ildə Ayətullah Xomeyni yazıçının ölümünə fətva verib. Fətvanın hələ də qüvvədə qaldığı qeyd olunub.