IQNA

Şeyx Əli Salman:

Aşura məktəbi bütün insani və mənəvi dəyərləri xatırladır

18:09 - October 16, 2015
Xəbər sayı: 3386050
Tehran(İQNA) - Bəhreyn Milli Birlik İslam Cəmiyyətinin baş katibi Şeyx Əli Salman, “Aşura məktəbi bütün insani və mənəvi dəyərləri xatırladır” deyib.

Məhərrəmlik və Aşura məktəbi bütün insani və əxlaqi dəyərləri xatırladır, eşq və sülhün əsasını qoyur. Bunu Bəhreyn Milli Birlik İslam Cəmiyyətinin baş katibi Şeyx Əli Salman  Məhərrəmlik ayının gəlişi münasibətilə yaydığı müraciətində deyib.

Şeyx Əli Salman dünən (15 oktyabr) Məhərrəmlik ayının gəlişi ilə əlaqədar həbsxanadan ölkə əhalisi üçün yaydığı müraciətində deyib ki, biz daim İmam Hüseynın (ə)  “Zillət bizdən uzaqdır” çağırışını öz daxilimizdə diri saxlamalıyıq.

O, Bəhreyn xalqına ünvanladığı müraciətində vurğulayıb ki, əzizlər, biz öz mövqe və söz birliyimizi qorumalı, sıralarımızı daha da möhkəmləndirməli və müqəddəs Aşura ideallarına xələl gətirən hər bir şeydən uzaq durmalıyıq.

Maide.az

captcha