İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "ummid" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Səid Rəbi Həsəni Nədvi - Hindistan İslam Ədəbiyyatı Beynəlxalq Birliyinin rəisi, bu birliyin "Akalkua" əyalətində "Quran-Kərimdə fəsahət və irşad üslubları" ünvanı ilə üç gün müddətində 13 min nəfərin iştirakı ilə keçiriləcək 35-ci seminarının açılış mərasimində dedi: Quran dünyanın ən ali ədəbiyyat əsəridir.
Səid Rəbi Həsəni Nədvi dedi: Dünyanın ən ali ədəbi əsəri olan bu kitab çox fəsahətli bir üslubla bizə yol göstərir ki, müxtəlif xüsusiyyət və təbiət və psixologiyaya malik olan insanlarla necə rəftar edək ki, cameəni düzgün müdiriyyət etməyi bacaraq. Allah-Taala Quranda bütün insanlara xitab edir. Quranın qafiyəli oxunuş səbki göstərir ki, müxtəlif xüsusiyyət və təbiət və psixologiyaya malik olan insanlarla onların bir-birilə fərqləinə görə davranılmalıdır. Yəni insanlarla davranış zamanı onun şəxsi halı nəzərdən qaçmamalıdır.
Məhəmməd İlyas Bahatkali - Hindistan İslam Ədəbiyyatı Beynəlxalq Birliyinin baş katibi, bu toplantıda dedi: İslam ədəbiyyatı həqiqətdə bəşəriyyətin ədəbiyyatıdır.
Qeyd edək ki, Hindistan İslam Ədəbiyyatı Beynəlxalq Birliyi 1981-ci ildə İslamın ali maarifinin yayımlanması və yeni nəslin İslami baxışının çiçəklənməsi hədəfi ilə yaradılmışdır.