IQNA

O heç bir dəfə də Quran oxumamışdı;

Parisdə özünü partladan qızın fotosu yayıldı

23:48 - November 20, 2015
Xəbər sayı: 3454814
Beynəlxalq şöbə: Parisdə özünü partladan qız "niqab" bağlayıb və "ciha"dan dəm vurduğuna baxmayaraq, qardaşı onun barəsində deyib ki, o heç bir dəfə də Quran açıb oxumamışdı!


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-cəzirə online" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, əslən Mərakeşli olan Hüsna Bulhəsən Fransada yaşayırmış və Parisin son terror hadisələrində iştirak edib. O, həftənin 3-cü günü səhər çağı Fransa polisinin "Sent Deni" ərazisindəki binaya hücumu zamanı özünü parltadıb. Bu hadisədə 2 nəfər ölüb və 7 nəfər yaranlanmışdır.



Parisdə özünü partladan qız "niqab" bağlayıb və "ciha"dan dəm vurduğuna baxmayaraq, qardaşı onun barəsində deyib ki, o heç bir dəfə də Quran açıb oxumamışdı! Amma bundan altı ay öncədən "cihad" fikrinə düşmüşdü və "niqab" örtürdü.



Qeyd edək ki, əslən Mərakeşli olan Hüsna Bulhəsən Avropda özünü partladaraq terror törədən ilk qadındır. Onun 26 yaşı var idi və Fransada anadan olmuşdu. Son xəbərələrə görə, o, Əbdülhəmid Əbudun xalası qızı olub.



3454673

Teqlər: fransa ، paris ، terror ، quran
captcha