IQNA

Sionist rejimin baş naziri müsəlmanlara qarşı yeni həyasızlıq edib

11:18 - November 21, 2015
Xəbər sayı: 3455049
Tehran(IQNA) - İşğalçı İsrail rejiminin baş naziri Benyamin Netanyahu öz təhqiramiz və alçaldıcı çıxışında müsəlmanlara qarşı yeni həyasızlıq edib.

İşğal edilmiş Qüds şəhərində keçirilən “Xarici diplomatlar” adlı Beynəlxalq konfransdakı nitqində, o bir daha İslam şəriətini təhqir edərək, müsəlmanları vəhşi heyvanlarla müqayisə edib.

O, bu konfransdakı qısa çıxışında deyib: "Biz dayanmışıq və süqut etmirik, baxmayaraq ki vəhşilər arada bir bizim aramızdan qurbanlar alırlar. Biz dözümlülük göstəririk və bizim güclü dövlətlərimiz var."

Qeyd edək ki, uzun müddətdir ki, İsrail rejimi fələstinlilərə qarşı terror aktları və cinayətlər törədir. Təkcə Yəhudi mühacirlərin fələstinlilərə hücumları və Məscidi Əqsaya qarşı basqınları nəticəsində oktyabr ayının əvvəlindən bu yana 90-dan çox fələstinli şəhid edilib.

Maide.az

captcha